Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Median.Az report-a istinadən xəbər verir ki, hadisə "28 May" metrostansiyası yaxınlığında qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.