Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda, "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Qədirova Xanpəri Umud qızı yolu keçərkən avtomobil vurub. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması və qasıq sümüyünün sınığı diaqnozu qoyulub.