Qubadakı dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Qubadakı dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO
Qubada iki nəfərin ölümü, iki nəfərin isə ağır yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdən görüntülər yayılıb.

Oxu.az-ın bölgə müxbirinin əldə etdiyi görüntülərdə “Azərişıq” ASC-nin işçilərini daşıyan “UAZ” markalı avtomobil Qubanın Söhüb kəndində dərəyə yuvarlandığı əksini tapıb.

Hadisə zamanı avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Qəza nəticəsində Sumqayıt sakinləri - 1958-ci il təvəllüdlü Zahid Qurbanov və 1991-ci il təvəllüdlü Namiq Rüstəmov ölüb, 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu ağır xəsarət alıb.


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 094 18.09.19 18:29