Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

“Maserati” ilə qızı vurub öldürdüyü deyilən sürücü danışdı: "Qəzanı bu maşın törədib..." - VİDEO

18.09.2019 13:40 4 137
“Maserati” ilə qızı vurub öldürdüyü deyilən sürücü danışdı:
Bakının Nərimanov rayonunda "Maserati” ilə 25 yaşlı qızı vurub öldürdüyü iddia edilən sürücü Elvin Qasımzadə danışıb.

Median.Az
xəbər verir ki, Elvin Qasımzadə Unikal.org-a açıqlamasında bildirib ki, haqqında yayılan məlumat yalandır:

"Mən hadisə baş verən yerdə olmuşam. Avtomobillə vurulan yaralı bir xanıma kömək etmişəm. Orada olan heç bir şəxsin eləmədiyini etmişəm. Həmin qızı öz maşınıma qoyub, xəstəxanaya çatdırmışam. Onu xəstəxanaya necə çatdırmağımı da bir Allah bilir”.

Elvin Qasımzadə bildirib ki, hadisəni eşidən bütün yaxınlar narahat olublar: "Dünəndən telefon zənglərim dayanmır. Haqqımda bilmədən yazanlar, paylaşanlar da şərəfsiz insanlardır”.

O açıqlamasında hadisəni törədən şəxsin avtomobil nömrəsini də açıqlayıb:

"Hadisə Dədə Qorqun parkının yaxınlığında işıqforda baş verib: "Mən avtomobillə hərəkət edərkən işıqforun qırmızı işığı yandı. Bu zaman mən saxlasamda qarşımda olan 10-GN-002 dövlət qeydiyat nişanlı "Volkswagen Passat” markalı avtomobil 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurdu. Bundan sonra mən qızı ağır vəziyətdə götürərək xəstəxanaya çatdırmışam. Hadisə ilə bağlı hazırda Nəsimi rayon Dövlət Yol Polisinə dəvət olunmuşam”.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər