D vitamini çatışmazlığı bu ağrılara səbəb olur - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda


D vitamini çatışmazlığı bu ağrılara səbəb olur - AÇIQLAMA
Türkiyə həkimlərinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, D vitamini çatışmazlığı ilə əzələ və oynaq ağrıları arasında yaxın əlaqə var.

Median.Az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, doktor Məhərrəm Çidəm aparılan araşdırmalar nəticəsində oynaq və əzələ ağrılarından əziyyət çəkən insanların 74 faizində D vitamini çatışmazlığının görüldüyünü açıqlayıb.

Bu vitaminin ən önəmli mənbəyinin Günəş olduğunu deyən doktor insanların qapalı yerlərdə-ticarət mərkəzləri, əyləncə məkanları və evdə çox zaman keçirmələri səbəbindən günəşdən gələn D vitaminini qəbul edə bilmədiklərini deyib: "Bağlı məkanlarda olan, işləyən insanlar D vitamini şatışmazlığına görə risk daşıyır".

Bundan başqa, vitaminin çatışmazlığının halsızlıq, yorğunluq, depressiyaya meyillik, təzyiq, ürək, şəkər və başqa bir çox xəstəliklərin yaranmasında da rolu var.

Həkim bildirib ki, Günəş işığından baqşa bir sıra qidalar - yağlı balıq, yumurtanın sarısı, dana qara ciyəri, kərə yağı da D vitaminini yaradır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          566 17.09.19 23:54