Sabirabadda yaşlı kişinin meyiti evindən tapılıb.
Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, Sabirabad şəhərindəki Məmməd Xəlilov küçəsində yaşayan 1945-ci il təvəllüdlü Gözəlov Eldar Mənsim oğlunun meyiti evində aşkar edilib.
Onun bir gün əvvəl dünyasını dəyişdiyi bildirilir.
İlkin məlumata görə, üzərində hər hansı bir zorakılıq əlaməti olmayıb.
Faktla bağlı araşdırma aparılır.