Bu gün Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, piyada qadını avtomobil vuraraq öldürdü.
Hadisə bu gün axşam saatlarında rayonun Qarazəncir kəndi ərazisində baş verib. Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Əhmədova Füruzə Müzəffər qızı yolu keçmək istəyən zaman “VAZ-21011” markalı avtomobil vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.