Bakı metrosunda nasazlıq: qatar yeddi dəqiqə tuneldə qaldı, qapılar açılmadı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |    

Bakı metrosunda nasazlıq: qatar yeddi dəqiqə tuneldə qaldı, qapılar açılmadı

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Qatar yeddi dəqiqəyə yaxın vaxtda “Nərimanov” stansiyası ilə “Ulduz” stansiyası arasında tuneldə qalıb.

Stansiyaya çatan qatarın qapıları bir neçə dəqiqə açılmayıb. İlkin məlumatlara görə, bir neçə sərnişinin halı pisləşib.

Eyni zamanda, metronun “Xalqlar Dostluğu” stansiyasında da qatar bir neçə dəqiqə gecikib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, artıq problem aradan qaldırılıb:

“Səhər saatları olduğu üçün metronun bir neçə stansiyasında sərnişin sıxlığı müşahidə edilir. Qatarın yubanmasına səbəb sərnişinlərin qatarın qapılarını saxlaması olub. Sistemdə yaranan problem səbəbindən vaqonda işıqlar sönüb. İntervalda üç dəqiqəyə qədər gecikmə olub.

Hazırda qatarların interval üzrə hərəkətinin bərpa edilməsi üçün işlər görülür. Hər iki stansiyada problem eyni səbəbdən baş verib”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 703 17.09.19 12:40