Daha bir boksçumuz dünya çempionatının 1/8 finalında » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |    

Daha bir boksçumuz dünya çempionatının 1/8 finalında

Boks üzrə Azərbaycan milli komandasının daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

Median.Az
xəbər verir ki, +91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev ilk döyüşündə qalib gəlməklə 16 ən güclü boksçu sırasına düşüb.

O, çinli Danabieke Bayıkevuzini mübarizədən kənarlaşdırıb. Boksçumuz rəqibini 4:1 (28:27, 28:26, 28:26, 28:26, 27:28) hesabı ilə məğlub edib.

M.Abdullayev 1/8 finalda misirli Yosri Rezk Mustafa ilə üz-üzə gələcək. Döyüş sabah olacaq.

M.Abdullayevdən fərqli olaraq, Lorenzo Sotomayor (69 kq) məğlubiyyətə üzülüb. 1/16 finalda əlcəzairli Şemseddin Kramou ilə qüvvəsini sınayan Olimpiya mükafatçımız 2:3 (28:29, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə uduzub.

Qeyd edək ki, daha öncə Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (57 kq) və Dominqes Alfonso (81 kq) da 1/8 finala yüksəlib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 035 16.09.19 22:33