Hamam otağında yad kişi ilə danışan bacısını öldürdü - Cəlilabadda dəhşətli namus cinayəti » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |    

Hamam otağında yad kişi ilə danışan bacısını öldürdü - Cəlilabadda dəhşətli namus cinayəti

Cəlilabad rayonunda namus üstündə bacısını öldürməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Hikmət Sadıqovun məhkəmə prosesi başa çatıb.

Median.Az
Teleqraf.com-a istinadən xəbər verir ki, Hikmət Sadıqov bu ilin yanvarın 2-də, saat 20 radələrində yaşadığı Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən evə gəlib.

O, həmin evdə birlikdə yaşadığı, evli olduğu halda başqa kişi ilə sevgi münasibətində olmasından şübhələndiyi bacısı Arzu Cəfərovanın evin həyətində yerləşən hamam otağında sakit səslə mobil telefon vasitəsi ilə gizli danışmasına şahid olub.

Onda bacısının başqa kişi ilə sevgi münasibəti saxlamasına dair əminlik yaranıb. Qardaş bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə o, yaşadığı evin mətbəxindən bıçaq götürüb və hamama girib. Qardaşının ora gəldiyini görən Arzu dərhal telefonu söndürüb.

Hikmət isə bacısından telefonu ona verməsini tələb edib. Arzu telefonunu qardaşına verməkdən imtina edib.

Bundan qəzəblənən Hikmət bıçaqla Arzunun əvvəlcə qarın nahiyəsinə bir dəfə, yıxılmasından sonra yerdə uzanmış vəziyyətdə olarkən sinə və boğaz nahiyəsinə çoxsaylı zərbələr vurub.

Ümumilikdə 27 bıçaq xəsarəti alan Arzu hadisə yerindən ölüb. Cinayəti törədən Hikmət polisə gələrək təslim olub.

İstintaq orqanı tərəfindən Hikmət Sadıqovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Mehdixan Abdullayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin əməli sübuta yetirilib və o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 16 il azadlıqdan mərhum edilib.

Hökmdən narazı qalan Hikmət Sadıqov apelyasiya şikayəti verib.

İttihamla qismən özünü təqsirli bilən Hikmət Sadıqov qeyd edib ki, xüsusi amansızlıqla qətl törətməsi nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Hadisə vaxtı öz hərəkətlərini tam dərk etmək iqtidarında olmayıb, bacısına əsəbi halda xəsarət yetirib, niyyəti zərərçəkmişə əzab vermək olmayıb.

O, əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını istəyib.

Hikmət Sadıqovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda apelyasiya şikayətinin qismən təmin olunması barədə qərar elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və Hikmət Sadıqovun cəzası 14 ilə endirilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 294 16.09.19 19:42