Mübariz İbrahimovun ev muzeyi açılır - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |    

Mübariz İbrahimovun ev muzeyi açılır - FOTO

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi açılır.

Muzey istifadəyə verildikdən sonra qəhrəmanın yaşadığı evdə saxlanılan şəxsi əşyaları burada sərgilənəcək.

Azərbaycanın Milli Qəhrəmanı M.İbrahimovun ev muzeyi doğulub boya-başa çatdığı rayonun Əliabad kəndindəki ata evinin həyətində inşa olunub. Mart ayından başlanan tikinti işləri artıq tamamlanmaq üzrədir.

Bir mərtəbədən ibarət olan muzeyin sərgi zalında Milli Qəhrəmana aid eksponatlar yer alacaq. Muzeyə gələn ziyarətçilərin rahatlığı üçün zalda isitmə və soyutma sistemləri quraşdırılıb. Eləcə də, M.İbrahimovun həyatı barədə maraqlı məqamları qeyd etmək istəyənlər üçün burada stol, stul yerləşdirilib.

Biləsuvar Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, 10-20 günə muzeyin açılması gözlənilir:

“Hələlik binada son tamamlanma işləri gedir. Demək olar ki, hər şey hazırdır. Yalnız qəhrəmana məxsus əşyaların muzeyə yığılması qalıb. Lazım olan əşyalar yığılandan sonra muzey açılacaq. Hazırda bu proses davam edir.

Muzeyin dəqiq nə vaxt açılacağı məlum deyil. Amma 10-20 günə açılış olacaq. Yəni muzeyin açılması ilin sonuna kimi qalmayacaq”.

İcra Hakimiyyətindən bildirilib ki, rayon əhalisinə qəhrəmana aid əşyalar və ya şəkillərin olması ilə bağlı elanlar verilib: “Kimdə qəhrəmanla bağlı nələrsə varsa, muzeyə təqdim edə bilər. Artıq bununla bağlı rayon əhalisinə müraciət etmişik”.

M.İbrahimovun qardaşı Bəhruz İbrahimov Oxu.Az-a bildirib ki, evlərində qəhrəmana aid olan əşyalar muzeyə aparılmayıb:

“Hələlik açılış haqqında dəqiq məlumatımız yoxdur. Çünki təmir işləri gedir”.

Dövlət dəstəyi ilə tikilən muzey yaxın günlərdə istifadəyə veriləcək.














скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 178 16.09.19 13:45