Bu gün Ankarada Türkiyə-Rusiya-İran sammiti keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bu gün Ankarada Türkiyə-Rusiya-İran sammiti keçiriləcək
Bazar ertəsi Türkiyənin paytaxtı Ankarada Rusiya, Türkiyə və İran liderlərinin üçtərəfli görüşü baş tutacaq.

Vladimir Putin, Rəcəb Tayip Ərdoğan və Həsən Rouxani Suriya münaqişəsinin nizama salınması yollarını müzakirə edəcəklər.

Bu Suriya böhranının həlli istiqamətində Astana formatı çərçivəsində keçirilən 5-ci görüş olacaq.

Tərəflər həmçinin iqtisadi əlaqələr və regional təhlükəsizlik də daxil olmaqla bir çox məsələləri müzakirə etməyi planlaşdırırlar.

Üçtərəfli görüşün yekunlarına dair liderlər birgə bəyanatla çıxış edəcəklər.

Sammit çərçivəsində liderlərin ikitərəfli görüşləri də nəzərdə tutulub.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          511 16.09.19 12:18