Bakıda yolu keçmək istəyən qadını maşın vurub » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda yolu keçmək istəyən qadını maşın vurub
Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
report-a istinadən xəbər verir ki, hadisə “Gənclik” metrostansiyasının yanında qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Əsədova Badam Mövsüm qızını “VAZ-2106” markalı avtomobil vurub.

O, təcili yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya gətirilib. Qadına sol budun sınığı, bədənin müxtəlif əziyi diaqnozu qoyulub və yaralı aidiyyəti üzrə həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          523 14.09.19 22:41