Qobustan Milli Tarix-Bədii Qoruğunda "Açıq qapı" günləri olacaq - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Qobustan Milli Tarix-Bədii Qoruğunda "Açıq qapı" günləri olacaq - FOTO

19-20 sentyabr tarixlərində Qobustan Milli Tarix-Bədii Qoruğunda " Avropa İrs Günləri" layihəsinin qeyd olunması məqsədi ilə " Açıq Qapı Günləri " təşkil olunacaq.

Median.Az
Trend-ə istinadən bildirir ki, ziyarətçilər üçün girişin ödənişsiz olacağı Açıq qapı günləri çərçivəsində məşhur opera müğənnisi Placido Dominqo tərəfindən başladılan və Bethovenin müəllifi olduğu Avropa Birliynin himninin (əsərin orijinal adı "Ode to Joy") mədəni irs abidələrində ifa olunması məqsədini daşıyan hərəkata uyğun olaraq Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə "Buta" instrumental ansamblı tərəfindən orijinal və yeni versiyada ifasının təqdim edilməsi, "Kadr arxasında Qobustan" adlı mini- turların, peşəkar rəssamların təqdimatında uşaqlar üçün "Master Klass" ların və fiziki məhdudiyyətli uşaqların əl işlərindən ibarət sərgi- satışın təşkili nəzərdə tutulur.

Qobustan qoruğunda yeni təşkil olunmuş "Kadr arxasında Qobustan" turları ilə ziyarətçilər Qobustanın ekskursiya marşrutlarından kənarda- " kadr arxasında" qalan, "Axırıncı aşırım", "Yeddi oğul istərəm", "Dədə Qorqud", "Qanlı zəmi" və s kimi onlarla məşhur filmlərin çəkildiyi məkanlar və ərazidə yerləşən abidələrlə tanış ola biləcəklər.Yeni turların məqsədi filmlərin çəkildiyi məkanlara səfərlər təşkil etməklə həmin məkanları və ərazidə yerləşən abidələri ictimaiyyətə fərqli formada təqdim etməkdir.
Uşaqlar üçün rəssamlıq üzrə təşkil olunan ustad dərsləri Xalq rəssamı Arif Hüseynovun təqdimatında keçiriləcək. Sonda dərslərdə iştirak edən uşaqlara qoruğun mükafatları təqdim ediləcək.

Xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli yaradıcı uşaq və gənclərin əl işlərindən ibarət sərgi - satışın təşkili uşaqların faydalı əməyə cəlb edilməsi, həyat bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyası məqsədi daşıyır.

Məlumat üçün qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan "Avropa İrs Günləri" hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur.

Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişinin təmin edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 079 14.09.19 20:24