Amerikalı kəşfiyyatçı Snouden Rusiyada gizli evləndi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Amerikalı kəşfiyyatçı Snouden Rusiyada gizli evləndi
Amerika xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Edvard Snouden iki il bundan öncə Rusiyada gizli formada sevdiyi Lindes Millslə evlənib.
Median.Az
xəbər verir ki, Snouden bu barədə Guardiana müsahibəsində deyib.

Onun sözlərinə görə, toy gizli keçirilib və nigahı Rusiya VVAQ idarəi tərəfindən qeydiyyata alınıb.

Sabiq kəşfiyyatçı deyib ki, ilk anlarında o özünü Rusiyada tənha və dünyadan təcrid olunmuş vəziyyətdə olan insan kimi hiss edirdim: “Həm də qorxurdum ki, Amerika kəşfiyyatı məni izləyir. İndi isə Moskvada sərbəst hərəkət edirəm, metroda gəzirəm, rəsm qalareyalarına, baletə tamaşa edirəm, dostlarımla kafedə, restoranda görüşüb, gələcəyimi qururam”- o qeyd edib.
Snouden əlavə edib ki, mən dünyanın ən qüdrətli hakimiyətlərini araşdırmaq istəyən adamlardan olmuşam.

Qeyd edək ki, Snouden 2013-cü ildə ABŞ və Böyük Britaniyanın izləmə ilə bağlı bəzi gizli məlumat proqramlarını Washington Post və Guardian mətbu orqanlarına ötürüb. Bundan sonra o Honkonqa, oradan isə Moskvaya uçub. O bir müddət Moskvada Şeremetyevo hava limanında tranzit ərazidə bir müddət yaşamalı oldu. Rusiya bir şərtlə ona müvvəqəti olaraq sığınacaq verməyə razı oldu ki, ABŞ-a qarşı fəaliyyətini dayandıracaq. 2014-cü ildə Snouden Rusiyada 3 illik müvəqqəti sığınacaq aldı. O ancaq Rusiya ərazisində hərəkət edə bilər. 2017-ci ildən onun oturum müddəti 2020-ci ilədək uzadılıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          438 14.09.19 20:09