Uzun dırnaqların əksəriyyətində göbələk xəstəliyi olur - XANIMLARIN DİQQƏTİNƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |    

Uzun dırnaqların əksəriyyətində göbələk xəstəliyi olur - XANIMLARIN DİQQƏTİNƏ

Belə bir deyim var-baxımlı xanım əllərindən bilinər. Qadının əlləri onun yaşının, xarakterinin, özünə necə qulluq etdiyinin bir göstəricisidir. Etiraf edək ki, son illər manikürsüz xanımları az görmək olar. Küçədə, metroda, işdə uzun və müxtəlif rəngli, naxışlı dırnaqları olan xanımlarla tez-tez rastlaşırıq. Bu tendensiyanın artmasının əsas səbəbi dırnaq qaynaqları və şellaklardır. Bir dəfə qaynaq və ya şellak etdirməklə xanım 3-4 həftə ərzində daimi boyalı dırnaqla gəzir. İşgüzar və vaxtı az olan xanımlar üçünsə bu, ən optimal variantdır. Bəs dırnaq qaynağının dəriyə və dırnaqlara hansı zərərləri var? Belə dırnaqlardan hər kəs istifadə edə bilərmi və hansı hallarda bu cür dırnaqların qoyulması məsləhət görülmür?

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, həkim-dermatoloq, kosmetoloq Günay Mikayılovanın dediyinə görə, qaynaq və şellak dırnaqlarda sınmalara, travmalara səbəb olur və ən pis halda göbələk xəstəliyi yaradır: "Həm qaynaq, həm də şellak - fərq etmir gel, ya akril zamanı dırnaqlar travma alır. Sadəcə, şellak zamanı travma nisbətən az olur.

Əsas səbəb dırnağın parıldadılması, "polirovka" olunmasıdır, yəni üst qatının qaşınması, soyulmasıdır. Travma isə onixomikoz xəstəliyinə zəmin yaradır. Onixomikoz - dırnağın göbələklə zədələnməsi çox yayılmış xəstəlikdir. Şəkərli diabetdən tutmuş qan dövranının pozulmasına qədər bir çox səbəbi var. Ən yayılmış səbəblərdən biri isə travmadır.

Bildiyimiz kimi, dırnaq qaynağı zamanı dırnaq bilərəkdən zədələnir, yəni travma alır, sonra üstü örtülür və protez dırnağın altında anaerob (havasız) mühit yaranır. Bu iki faktor onixomikozun inkişafına münbit şərait yaradır. Uzun dırnaq saxlayan xanımların əksəriyyətində göbələk xəstəliyi olur. Bir çox halda göbələkli dırnağın üstündən qaynaq edirlər.Həmin göbələk dırnağın yatağına qədər dırnağı çürüdür. Belə olan halda müalicə də uzun zaman tələb edir".

Həkim-dermatoloqun sözlərinə görə, çox vaxt dırnaq ustaları qaynaq və ya şellak üçün müraciət edən xanımın allergiyalı olub-olmamasını yoxlamırlar: "Halbuki bunu əvvəldən bilməlidirlər. Çünki pasiyentdə allergik reaksiya ola bilər. Dırnaq qaynağı zamanı istifadə edilən gel və boyalar dəri vasitəsilə qana sovrulur və orqanizmə zərər verir. Kimin immuniteti güclüdürsə, qaraciyəri onu zərərsizləşdirir. Amma orqanizmi zəif, allergik reaksiyalara həssas olanlarda bu hallar böyük fəsada çevrilir. Bununla yanaşı, kontakt dermatit olma ehtimalı da var. Kontakt dermatitin yaranma səbəbi göbələk deyil, insanın hiperhəssaslığıdı. Kontakt dermatitin əlamətləri - qaşınma, sulu qabarcıqlar, şişkinlik aşkar olunanda mütləq dırnaqlar həmin maddədən təmizlənməli və xəstə adekvat müalicə almalıdır. Allergik reaksiyanın sırf nəyə olduğunu aşkar eləmək üçün həmin şəxsə sonradan allergopanel verilsə, yaxşı olar. Allergik reaksiyaların arasında kontakt dermatit müalicəyə ən asan tabe olandı. Yəni səbəb aşkarlanıb aradan götürülərsə, problem də qalmaz".

Mütəxəssis vurğulayıb ki, dırnaq qaynağı və şellak peşəkar kosmetoloqlar tərəfindən həyata keçirilməli, gigiyenik normalara mütləq riayət edilməlidir. Bir də prosedurlar arasında dırnağa bərpa olunmaq üçün vaxt vermək lazımdır: "Xanımların çoxu ucuz olsun deyə, peşəkarlığına əmin olmadıqları şəxslərə qaynaq etdirirlər. Alətlərin sterilizə olunub-olunmadığını bilmirlər. Dırnaq qaynağı edənlərin əksəriyyəti pul qazanmaq məqsədi ilə qeyri-professional şəkildə bu işlə məşğul olur, keyfiyyətsiz, ucuz vasitələrdən istifadə edirlər. Ən yaxşısı hər xanımın şəxsi manikür alətləri olsun. Yoxdursa, salondakı alətlərin sterilizə olunduğuna tam əmin olmadan istifadə etməsinlər. Qiymətə deyil, peşəkarlığa və keyfiyyətə üstünlük versinlər. Belə olduqda hər hansı problemlə də rastlaşmazlar. Mən demirəm ki, gözəllik pisdir, amma gözəllik üçün sağlamlıq qurban verilməməlidir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 541 14.09.19 19:55