Yevlax və Şəmkirdə texnika xətti zədələdi, yüzlərlə abonent qazsız qaldı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |    

Yevlax və Şəmkirdə texnika xətti zədələdi, yüzlərlə abonent qazsız qaldı - FOTO

Şəmkir rayonu Düyərli kəndinə qaz verilməsində fasilə olacaq.

Azəriqaz İstehsalat Birliyindən verilən məlumata görə, həmin kəndə gedən, diametri 159 mm olan orta təzyiqli qaz xətti yolda tikinti aparan təşkilatın texnikası tərəfindən zədələnib.

Bunun nəticəsində 1800 abonentin qaz təchizatında fasilə yaranıb.

Yevlax rayonunun Bünyabad kəndində də qaz təchizatında müəyyən fasilələr olub.

Belə ki, kənd ərazisində qazıntı işləri aparan traktor 32 mm diametrində olan polietilen qaz xəttini qırıb.

Bərpa işləri aparılanadək 105 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.//oxu.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            992 14.09.19 19:47