Sumqayıtda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Çerkassi və Niyazi küçəsinin kəsişməsində qeydə alınıb.
KİA, Lada və Mersedes markalı 3 minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı Lada və KİA markalı avtomobilin sürücüləri ağır xəsarət alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.