Kişi qadın tanışını diri-diri yandırdı - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Kişi qadın tanışını diri-diri yandırdı - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT

Bakıda qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Qabil Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Median.Az
olke.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il fevral ayında Nobel prospektindəki evlərdən birində baş verib. Məlumata görə, 33 yaşlı Qabil Tağıyev 41 yaşlı Rübabə Nuriyevanın üstünə kerosin töküb və ona od vurub.

Xoşbəxtlikdən qadının köməyinə yetişiblər və onu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Plastik və Rekonstruktiv cərrahiyyə klinikasına çatdırıblar. Qadının başı, boynu və əlləri yanıb.

Hadisə yerindən qaçan Qabil Tağıyev isə bir gün sonra Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı onun zərərçəkmişin dostu olduğu, tüfeyli həyat tərzi keçirdiyi və cinayət baş verən zaman hər iki şəxsin sərxoş olduğu məlum olub.

Qabil Tağıyevə qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərərvurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 237 14.09.19 17:48