Daşkəsən şəhərində orta yaşlı kişi ağır xəsarət alaraq komaya düşüb.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin Mərkəzi Bazarının yaxınlığında qeydə alınıb.
Yaralı Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib. Onun hansı şəraitdə xəsarət aldığı dəqiq məlum olmasa da yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığı güman edilir.
Hazırda məsələ ilə bağlı araşdırmalara başlanılıb.