Bərdə rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb
Median.Az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə Həsənqaya kəndində qeydə alınıb.
"VAZ-2106 " markalı minik avtomobili ilə " Qazel" markalı yük avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların şəxsiyyəti məlum deyil
Faktla bağlı araşdırma aparılır