İki kişi, bir qadından taksiçiyə qarşı dəhşətli əməl: "Evin açarlarını da ver" » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:50 Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı  |     12:48 Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO  |     12:32 Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı  |     12:31 Hacıqabulda gənc qız itkin düşüb  |     12:30 Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talayan şəxslər saxlanıldılar  |     12:27 Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI  |     12:25 Bakının əsas avtomobil yollarından biri üç gün bağlı olacaq - FOTO  |     12:24 Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar - FOTO  |     12:22 Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO  |     12:20 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:18 Azərbaycan nefti ucuzlaşıb  |     12:17 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:15 Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb  |     12:14 Leonardo Di Kaprionun yeni rolu bəlli oldu  |     12:14 “WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA  |     12:11 Bakıda bina sökülür: Sakinlər narazıdırlar - VİDEO  |     12:10 Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO  |     12:08 Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO  |     12:07 Yenidən qurulan Qarabağdan son GÖRÜNTÜLƏR - VİDEO  |     12:04 Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA (VİDEO)  |    

İki kişi, bir qadından taksiçiyə qarşı dəhşətli əməl: "Evin açarlarını da ver"

Bakıda oğurluq və quldurluq cinayətləri törətməkdə təqsirləndirilən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Samir Həşimov və Elvin Kazımov 12 il, Aysel Məmmədova isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bakı şəhər sakini Adil Babayev Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı üç bir qadın və iki kişi onun idarə etdiyi avtomobilə müştəri kimi əyləşiblər. Onlar taksi sürücüsündən Türkan qəsəbəsinə getməsini istəyiblər.

Ünvana çatanda isə həmin şəxslər ona hücum edərək bir ədəd qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər.

Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər və Xətai rayon polis idarələri əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmədova saxlanılıblar.

Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Məhəmməd Əzizovun evinə oğurluq məqsədi ilə daxil olduqları və həmin mənzildən 5 min manat dəyərində qızıl və məişət əşyaları oğurlayaraq satdıqları məlum olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 083 12.09.19 20:10