Azərbaycanda daha bir gənc itkin düşdü - FOTO » Median.Az News Agency


Azərbaycanda daha bir gənc itkin düşdü - FOTO
Siyəzən rayonu Yenikənd kənd sakini, 17 yaşlı Əlikram Fərzəliyev cari ilin iyul ayının 15-də səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Onun əlamətləri: boyu 165 sm, orta bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır.
Evdən çıxarkən əynində qəhvəyi rəngli köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.

Ə.Fərzəliyevdən məlumatı olanlardan DİN-in “102 Zəng Xidməti”nə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 070-330-31-83 (atası İslam Fərzəliyev) mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          527 12.09.19 12:52