Mojo.az Banner
20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |     20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |     20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |     19:49 Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?  |     19:43 Milli 1-0 məğlub olduğu üçün istefa verdi  |     19:41 Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI  |     19:37 “Masazır dairəsi”ndə ölümlə nəticələnən qəzanın VİDEOSU  |     19:30 "14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət  |     19:21 Ayxan Abbasov: "Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır"  |     19:08 Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq  |     18:54 Ağcabədidə ağır QƏZA: İki qardaş öldü  |     18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat: Dövlət büdcəsində maaş, pensiya artımları üçün daha çox vəsait ayrılacaq

12.09.2019 12:32 4 829
Deputat: Dövlət büdcəsində maaş, pensiya artımları üçün daha çox vəsait ayrılacaq
Azərbaycanda büdcənin tərtibatı prosesində gəlir və xərclər ölkənin iqtisadi artım templərindən kəskin şəkildə fərqlənir. Ona görə ki, büdcənin xeyli hissəsi - bir qayda olaraq yarıya qədəri Dövlət Neft Fondundan ayırmalar hesabına formalaşır.

Bunu oxu.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

“Bu şəkildə formalaşan büdcəni kənardan proqnozlaşdırmaq, 2020-ci ilin büdcənin gəlir və xərcləri, eləcə də, əsas maddələr üzrə xərcləmələrin səviyyəsinin necə olacağını proqnozlaşdırmaq mümkünsüzdür”, - deyə Ə.Məsimli əlavə edib.

Deputat xatırladıb ki, 2019-cu ildən həyata keçirilməyə başlanılan sosial paket 4,2 milyon əhalini əhatə edir.

Ə.Məsimli sosial layihələrin 2020-ci ildə də davam edəcəyini bildirib.

“Onun maliyyə tutumunun xeyli hissəsi dövlət büdcəsinin üzərindədir. 2020-ci ildə 2019-cu ildən həyata keçirilməyə başlanılan sosial paketin reallaşdırılmasına, artan əməkhaqqı, pensiya, müavinət və digər ödənişlərin maliyyələşdirilməsinə cari ildəkindən daha çox büdcə vəsaiti ayrılacaq”.

Komitə üzvünün fikrincə, bu məntiqlə 2020-ci ildə büdcədən sosial proseslərin tənzimlənməsinə yönəldilən hissə artacaq.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Kollegiyası 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.

Maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, 2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri, büdcə sistemi haqqında qanunvericiliyin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, o cümlədən, İqtisadiyyat Nazirliyinin ortamüddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları, habelə dövlət maliyyə sisteminin orta və uzunmüddətli dövrdə qarşısında duran çağırışlar nəzərə alınmaqla hazırlanıb.скачать dle 11.3
Mojo.az Banner