Bakıda 2 piyada vurularaq, öldürülüb » Median.Az News Agency


Bakıda 2 piyada vurularaq, öldürülüb
Median.Az xəbər verir ki, sentyabrın 11-i saat 8 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə paytaxt sakini Pərvanə Şahbazovanı vurub.

Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Bundan başqa, həmin gün saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində, Bakı şəhər sakini A.İsmayılov idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktlarla bağlı araşdırmalar aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          443 12.09.19 12:22