Bakıda 43 yaşlı kişini avtomobil vurdu » Median.Az News Agency


Bakıda 43 yaşlı kişini avtomobil vurdu
Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
xəbər verir ki, "Toyota Prado" markalı minik avtomobili Babək prospektində yerləşən keçmiş avtomobil bazarının yaxınlığında 43 yaşlı Şirəliyev Xaliq Yusif oğlunu vuraraq ona xəsarət yetirib.

Hadisəni törədən sürücü yaralını ağır vəziyyətdə xəstəxanaya yerləşdirib. X.Şirəliyevə başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          375 12.09.19 11:23