Qaxda azyaşlını avtomobil vurub » Median.Az News Agency


Qaxda azyaşlını avtomobil vurub
Qaxda 12 yaşlı qızı maşın vurub.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, bu gün günorta saatlarında rayonun Tasmalı kənd sakini, 12 yaşlı Ləman Nurlan qızı Mirzəzadə kəllə-beyin travması xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Məlumatda bildirilir ki, L.Mirzəzadəni yaşadığı kəndin ərazisində minik avtomobili vurub. L.Mirzəzadənin müayinə və müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          468 11.09.19 21:20