Bərdədə heyvanlar arasında kütləvi xəstəlik yayılıb - FOTO » Median.Az News Agency


Bərdədə heyvanlar arasında kütləvi xəstəlik yayılıb - FOTO
Bərdə rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi xəstəlik yayılıb.

Median.Az
-ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, xəstəlik rayonun Mustafaağalı kəndində müşahidə olunur. Yerli sakinlər heyvanların hansı xəstəlikdən əziyyət çəkdiklərindən xəbərsizdirlər. Heyvanlar arasında ölüm halı müşahidə olunmasa da, xəstəliyin yayılması kənd sakinlərinin narahatlığına səbəb olub.

Baytar həkimlər xəstəlik baş verən təsərrüfatlara baş çəkiblər. Rayon Baytarlıq İdarəsinin əməkdaşları kənddə heyvanların müalicəsi ilə məşğuldurlar. Onların sözlərinə görə, heyvanlar dəri xəstəliyindən əziyyət çəkirlər.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          569 11.09.19 20:48