Bakıda adam oğurlayıb işgəncə verən dəstənin üzvləri belə ələ keçdi - VİDEO » Median.Az News Agency


Bakıda adam oğurlayıb işgəncə verən dəstənin üzvləri belə ələ keçdi - VİDEO
Bakıda borclu olan şəxsi oğurlayaraq, işgəncə verən və pul tələb edən dəstənin saxlanılmasının görüntüləri yayılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi video paylaşıb.

Görüntülərdə hüquq-mühafizə orqanlarının dəstənin qaldığı evə basqın edərək, qruplaşma üzvlərini saxlaması əks olunub.

Qeyd edək ki, paytaxt sakini Hüseyn Əsgərov 1970-ci il təvəllüdlü Abbasova Aygün Bayram qızından 25 min manat borc alıb və deyilən vaxtda ödəyə bilmədiyi üçün sentyabrın 9-da oğurlanıb. Onun kriminal aləmin nümayəndələri tərəfindən Abbasovanın istəyi ilə oğurlandığı məlum olub.

Saxlanılanların siyahısı: əvvəllər ölüm işinə görə məhkum olunmuş Allahverdiyev Vasif Dursun oğlu (1982-ci il təvəllüdlü), 1988-ci il təvəllüdlü Hüseynov Şaiq Firdovsi oğlu (qətlə görə məhkum olunub), 1992-ci il təvəllüdlü Fəqan Eminoğlu və sifarişçi Abbasova Aygün.


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          6 262 11.09.19 16:57