Goranboyda ananın doğuşdan sonra ölməsi faktı ilə bağlı cinayət işi başlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Goranboyda ananın doğuşdan sonra ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Goranboyda doğuşdan sonra ananın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, Goranboy rayon Şahməmmədli kənd sakini, 1997-ci il təvəllüdlü Əfsanə Quliyevanın uşaq dünyaya gətirdikdən sonra ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə bir neçə gün əvvəl baş verib. Ə.Quliyeva qız övladı dünyaya gətirib. Körpənin vəziyyəti normal qiymətləndirilir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          610 11.09.19 14:19