Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:11 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib | 15:08 Bu gün Tahir Abdullayevin döyüşü var | 15:07 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü | 15:06 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" | 14:51 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu | 14:43 Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb | 14:39 Xalq rəssamının ailəsində faciə: Oğlu mənzilində ölü tapıldı | 14:38 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto | 14:32 Braziliyada dağıdıcı qasırğa: 3 nəfər ölüb, minlərlə ev zərər görüb - Video | 14:26 Gəncədə evdə yanğın: İki nəfər zəhərləndi | 14:21 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi | 14:19 Saatlıda avtomobil yanıb kül oldu - Anbaan video | 14:08 Masallıda ustanı işlədiyi evdə elektrik cərəyanı vurdu: Yolda öldü | 14:06 Xaçmazda 15 yaşlı məktəbli qızın meyiti tapıldı | 14:03 Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib | 13:54 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı | 13:46 Sabah hava necə olacaq? - 22.11.2026 | 13:40 Depressiyanın müalicəsində müsbət nəticə: İdman yaddaş və diqqətə kömək edə bilər | 13:37 Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı | 13:30 Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifasını paylaşdı - Video |
Mojo.az Avto
Mojo.az Avto

Vergilər Nazirliyi: Son üç ayda elektron qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub

11.09.2019 13:31 3 598
Vergilər Nazirliyi: Son üç ayda elektron qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub
2019-cu il 1 sentyabr tarixinə respublika üzrə uçotda olan 1 milyon 31 min 164 vergi ödəyicisinin 13,1 faizi hüquqi şəxs və digər təşkilatların payına düşür. Hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb və bunun 99,2 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib.

Vergilər Nazirliyindən verilən məlumata görə, bu ilin avqust ayında 1372 kommersiya qurumu qeydiyyata alınıb və bu da ötən ilin avqust ayına nisbətən 47 faiz çoxdur. Kommersiya qurumlarının 72,1 faizi elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,6 faizi isə səhmdar cəmiyyət formasında təşkil olunub.

Hesabat dövründə 64 min 329 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 53,7 faizinin vəziyyəti aktiv olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artım deməkdir. 2018-ci ilin 8 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 22 faiz artaraq, 31 min 946 təşkil edir və aktiv ƏDV ödəyicilərinin sayı 18 min 622 vahidə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 33,1 faiz artıb və onların xüsusi çəkisi 2,2 faiz çox olub.

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş son dəyişikliklər ölkədə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 8 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3 faiz artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının xüsusi çəkisi isə 80,9 faizdən 87,3 faizədək yüksəlib. Cari ilin son üç ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub. Bu ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.

Son xəbərlər