Qubada ayı təsərrüfata hücum etdi: bir inəyi parçaladı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Qubada ayı təsərrüfata hücum etdi: bir inəyi parçaladı
Qubada ayı heyvanlara hücum edib.

Hadisə Xınalıq kəndində qeydə alınıb.

Vəhşi heyvan axşam saatlarında kənd sakini Balasultan Sultanovonun təsərrüfatına hücum edib və onun bir baş inəyini parçalayıb.

Sakinlər bildirir ki, son bir ay ərzində ayılar kəndə tez-tez hücum edir. Bundan əvvəl vəhşi heyvanlar sakinlərin daha dörd baş heyvanını da parçalayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl rayonun Küsnətqazma kəndində də ayı sakinlərin altı baş inəyinə hücum etmişdi.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az/скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          482 11.09.19 13:25