Bakıda yolu keçmək istəyən qadını avtomobil vurub » Median.Az News Agency


Bakıda yolu keçmək istəyən qadını avtomobil vurub
Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zabrat I qəsəbəsində minik avtomobili yolu keçmək istəyən piyada, 1960-cı il təvəllüdlü Əhmədova Nərminə Mirtağı qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona baş beyinin əzilməsi, qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          417 10.09.19 23:43