Sabirabadda ev yanıb, bir nəfər tüstüdən zəhərlənib - FOTO - VİDEO » Median.Az News Agency


Sabirabadda ev yanıb, bir nəfər tüstüdən zəhərlənib - FOTO - VİDEO
Sabirabad rayonunda fərdi yaşayış evi yanıb.

Median.Az
-ın report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Çöl Beşdəli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Nadir Mirzəyevə məxsus fərdi yaşayış evində yanğın baş verib. Hadisə zamanı ev sahibinin qızı Mərcan Nadir qızı Mirzəzadə tüstüdən zəhərlənib. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və lazımi tibbi yardım göstərilib, vəziyyətinin yaxşı olduğu bildirilir.

Yanğın nəticəsində birmərtəbəli ev tamamilə yanaraq yararsız hala düşüb. Yanğın söndürülüb, alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          683 10.09.19 21:18