Qızının əxlaqsızlıq etdiyini öyrənib təcili Bakıya gəldi və.... — Atadan DƏHŞƏTLİ ƏMƏL » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |    

Qızının əxlaqsızlıq etdiyini öyrənib təcili Bakıya gəldi və.... — Atadan DƏHŞƏTLİ ƏMƏL

Bakıda qızını qətlə yetirməkdə təqsirləndirilən İlqar Qurbanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Median.Az unikal.org-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsində baş verib.

Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı İlqar Paşa oğlu Qurbanov rayondan gələrək metronun 20 yanvar stansiyasının yaxınlığında qızı 27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olub.

Daha ətraflı

İ.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o qızının əxlaqsız həyat tərzini əsas göstərib.

Buna görə də, İ.Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib.

Ərazidən uzaqlaşmayan İ.Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən İ.Qurbanov polis əməkdaşlarına bildirib ki, rayonda qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də o, A.Məmmədlini qətlə yetirmək üçün Bakıya gəlib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 038 10.09.19 20:37