Azərbaycanlı ifaçılar Sami Yusufla "Sığmazam"ı oxumalarından danışdılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Azərbaycanlı ifaçılar Sami Yusufla "Sığmazam"ı oxumalarından danışdılar

İyunun 30-da Bakıda Heydər Əliyev Mərkəzində baş tutan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasiminin bədii hissəsində Cənubi azərbaycanlı Sami Yusufun görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam" qəzəlini özünəməxsus şəkildə xor və orkestrin müşayiəti ilə səsləndirib. Səhnədə olan orkestr isə 57 nəfərdən ibarət idi.

Qəzəli daha da zənginləşdirmək üçün Əməkdar artist Samirə Əliyeva və Təyyar Bayramov muğam hissələrini ifa ediblər.

Əsər sosial şəbəkələrə yayılar-yayılmaz izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Layihənin detalları barədə geniş məlumat əldə etmək üçün Oxu.Az-ın əməkdaşı Əməkdar artistlər Samirə Əliyeva və Təyyar Bayramovla əlaqə saxlayıb.

Aşıq Samirə Əliyeva deyib ki, yaradılan bu əsər musiqi tarixinə düşəcək:

"Çox xoşbəxt və bəxtiyaram ki, bu cür yüksək peşəkarlıqla ərsəyə gələn layihədə mənim də adım var. Muğam və aşıq sənəti Azərbaycan musiqisinin ən vacib qollarından biridir. Məhz bu səbəbdən də bu layihəyədə aşıq musiqisi və muğamın səslənməsi lap yerinə düşdü. Sami Yusufun da ifasına söz ola bilməz. Hər şey yüksək səviyyədə hazırlandı. Ümid edirəm ki, bundan sonra da bu cür möhtəşəm layihələrin sayı daha çox olacaq".

Təyyar Bayramov bildirib ki, konsertdə musiqi alətlərinin hamısı milli olduğu kimi, ifaçıların da hamısı azərbaycanlı idi:

"Konsertdə Sami Yusuf bir çox əsərlərini təqdim etdi. Sami Yusufun şəxsi istəyi ilə bu əsər yarandı və birgə oxumaq üçün bizi seçdi. Bu, bizim üçün çox sevindirici məqamdır".

T.Bayramovun kompozisiyada qəzəlin ikinci beytinin ikinci misrası yerinə üçüncü beytinin ikinci misrasını oxuması söz-söhbətə səbəb olub. Sosial şəbəkələrdə yayılan videoda bəzi musiqişünaslar xanəndəyə iradlarını yazıblar. Bu məsələ ilə bağlı Əməkdar artist fikirlərini bölüşüb:

"Tədbirdən öncə bir dəfə də konsert oldu. Bütün məşqlərdə və birinci konsertdə misraların oxunmasında heç bir problem olmadı. Canlı ifa zamanı isə hər şey baş verə bilər. Misralar hətta ifaçının yadından da çıxa bilər. Bu, normal haldır.

Konsert bitər-bitməz mənə söylədilər ki, problem olub. Lakin ilk konsertdəki səsi videoda montaj edib, həmin hissəni düzəldəcəklər. Görünən odur ki, həmin anı nəzərə almayıblar və ya unudublar".

Təyyar Bayramov Sami Yusufla növbəti layihələrinin müjdəsini verib:

"Sami bizimlə söhbətində bildirdi ki, bu cür layihələrin ardı olacaq və əməkdaşlığımız davam edəcək. Onu da deyim ki, Sami Yusuf oğlum Kənan Bayramlının səsini yazıb. Məqsədi isə oğlumun səsini bir mahnısında istifadə etməkdir. Düşünürəm ki, hazırlanan bu əsər də tamaşaçıların diqqətini çəkəcək".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 228 10.09.19 17:29