Ruslar payızda harada istirahət edəcəklərini açıqladılar - Siyahıda Azərbaycan da var » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |    

Ruslar payızda harada istirahət edəcəklərini açıqladılar - Siyahıda Azərbaycan da var

Rusiyalı turistlərin əksəriyyəti payız istirahətini dəniz kənarında keçirmək istəyir.

Xidmət mütəxəssisləri üç mindən çox istifadəçi arasında sorğu keçirərək payızda harada tətil keçirməyin daha cəlbedici olduğunu müəyyən ediblər.

Sorğuda iştirak edənlərin 38 faizi suyun istiliyinin 25 dərəcə olduğu dəniz sahilində istirahət etməyi üstün tuturlar. Sorğuda iştirak edənlərin təqribən 16 faizi isə mövsümün sona çatdığı dəniz kurortlarında səyahəti seçəcəklərini bildiriblər.

Avropada gəzinti turları 14 faiz respondent üçün maraq doğurur, 4 faiz payızı Baltikyanı ölkələrdə qarşılamaq istədiyini, 3 faizi isə ilin bu dönəmində qonşu ölkələr - Ermənistan, Gürcüstan, Azərbaycana getmək lazım olduğunu söyləyib.

Xidmət respondentlərinin dörddə biri payız tətilini evdən uzaqlaşmadan keçirmək istədiyini bildirib. Bunlardan 6 faizi bağ evlərində istirahəti, 9 faizi meşə gəzintisi və ya balıq ovunu, 10 faizi isə istirahətini evdə divanda TV qarşısında seriallara baxaraq, kitab oxuyaraq və ya toxuculuqla məşğul olaraq keçirmək istədiyini açıqlayıb.

Payızda istirahət etmək üçün aviabiletləri alınan ölkələrin siyahısında ilk onluğa Özbəkistan, Ermənistan, Almaniya, İspaniya, İtaliya, Moldova, Qazaxıstan, İsrail, Türkiyə və Monteneqro daxildir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 207 10.09.19 16:27