Xaçaturyan bacıları işinin yeni detalları: Ata qızlarını təcavüzlə hədələyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Xaçaturyan bacıları işinin yeni detalları: Ata qızlarını təcavüzlə hədələyib

Rusiyada geniş rezonansa səbəb olan Xaçaturyan bacılarının cinayət işinin növbəti mərhələsi başa çatmaq üzrədir. Hazırda tərəflər işin materialları ilə tanış olma prosesini başa vurublar. Eyni zamanda, qətlə yetirilən Mixailin qızları ilə yazışması da tədqiq edilib.

Rusiyanın “Moskovskiy komsomolets” nəşri yazışmalardan müəyyən hissələri yayımlayıb.

Qeyd etmək lazımdır ki, yazışmaların böyük hissəsi qısaldılıb. Çünki Xaçaturyan qızları ilə ünsiyyətdə qeyri-etik ifadələrdən istifadə edib.

Qətl törədilən yerdə qara rəngli "Samsung" markalı mobil telefon tapılıb. Xaçaturyanın qızları ilə ölümündən əvvəl bir neçə günlük yazışması ailədaxili münasibətlərin necə olduğunu tam çılpaqlığı ilə üzə çıxarır.

Yazışmaya əsasən, 2018-ci ilin 25 yanvar tarixində Mixail gecə saatlarında ortancıl qızı Angelinaya altı dəfə zəng edib. Angelina isə telefona cavab verməyib. O bildirib ki, iti ilə gəzintiyə çıxıbmış və telefonunda internet olmayıb.

Xaçaturyan isə artıq bilet aldığını və evə gələcəyi ilə hədələyib. Bundan sonra isə o, bəyan edib ki, qızın anasına və özünə seksual xarakterli zorakılıq edəcək.

Növbəti yazışma 2018-ci ilin 14 aprel tarixinə aiddir. Növbəti səsli mesajda Mixail Angelinanı küçə sözləri ilə təhqir edir və sonra yazır:

"Hər şeyə görə döyəcəm, öldürəcəm".

Bundan sonra Xaçaturyan ortancıl qızını "fahişə", "cındır" adlandırır və Allahı xatırlayır. Sonra isə "ata" təhqiredici formada qızların anasına, qardaşlarına və özlərinə qarşı seksual xarakterli zorakılıq edəcəyi ilə hədələyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 023 10.09.19 16:25