Bakıda Yevlax sakinləri vətəndaşa qarşı quldurluq ediblər » Median.Az News Agency


Bakıda Yevlax sakinləri vətəndaşa qarşı quldurluq ediblər
Median.Az xəbər verir ki, Yasamal RPİ 26-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov, sentyabrın 9-da naməlum 2 nəfərin onun sifətinə yumruqla xəsarət yetirərək, 700 manat pulunu və mobil telefonunu aldıqlarını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş C.Tapdıqzadə və M.Hacıyev saxlanılıblar.

Yasamal RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          434 10.09.19 15:00