Qax rayonuna qar yağıb.
Azərbaycanın şimal-qərb hissəsində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, Böyük Qafqaz dağlarının zirvəsinə qar yağıb.
Qeyd edək ki, İlisu kəndi dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir. Qarın düşdüyü dağların zirvələri dəniz səviyyəsindən 3462 m yüksəklikdədir.