Xətai və Binəqədi rayonlarında evlərdən oğurluq edənlər tutulub » Median.Az News Agency


Xətai və Binəqədi rayonlarında evlərdən oğurluq edənlər tutulub
Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 500 manat pul, noutbuk, qol saatı və mobil telefon oğurlayan Bakı şəhər sakini Ə.Məmmədov saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən pul və 500 metr elektrik naqili oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Rzayev saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          540 10.09.19 12:57