Cəlilabad rayonunun Suluçeşmə kəndində kütləvi dava olub.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə nəticəsində epilepsiya xəstəsi olan 1981-ci il təvəllüdlü kənd sakini Mənsimov Ağalar Dilavər oğlu bir neçə şəxs tərəfindən döyülüb.
Dava zamanı zərərçəkmişin epilepsiyası tutub və o, xəstəxanaya çatdırılıb. O, ilkin tibbi yardım göstərildikdən sonra, müalicəsini davam etdirmək üçün Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.