Ölü yerində də tort? - Yas mərasimində YENİLİK - Din xadimi QINADI » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |    

Ölü yerində də tort? - Yas mərasimində YENİLİK - Din xadimi QINADI

Bir neçə gündür ki, sosial şəbəkədə üstünə "Allah rəhmət eləsin" yazılmış tort şəkli paylaşılır. İddia olunur ki, bu, yas mərasimlərindən birində çəkilmiş fotoşəkildir.

Bu paylaşım insanların böyük qınağına səbəb olub. Hətta bəziləri bu şəkilə "şamı da mərhum üfürəcək", "ölən adamın şirinliyidir?" tipli ironiyalı rəy bildiriblər.

Bir qayda olaraq, yas mərasimindəki ehsan süfrələrində halva, qoğal, xurma, turşməzə konfet kimi şirniyyat növləri qoyulur. Baxmayaraq ki, bunu da düzgün hesab etməyənlər az deyil. Bəs belə olan halda yas məclisində tort bişirilməsi, üzərinə "Allah rəhmət eləsin" yazılması nə dərəcədə düzgündür?

Geniş müzakirəyə səbəb olan və etirazla qarşılanan bu hal dində günahdırmı? Ölüyə tort bişirmək olarmı?

Median.Az bildirir ki, məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş" məscidinin imam camaatı Hacı Şahin Həsənli Modern.az-a danışıb.

Din xadimi deyib ki, İslamda bu kimi məsələ ilə bağlı hər hansı bir hökm və ya göstəriş yoxdur:

"Dində bu barədə qadağa olmasa da, yas mərasimlərinin özünəməxsus, yüz illərlə formalaşmış qayda-qanunları var. Əgər insanlar tort bişirməyə gülüş obyekti kimi səthi yanaşırlarsa, bunu edən adamlar həmin əməldən çəkinsələr, daha yaxşı olar. Çünki tort bişirilməsi yas mərasiminə qarşı ikrah hissi yaradır və həmin məclis öz məğzindən çıxaraq, gülüş obyektinə çevrilir. Mən şəxsən bu cür halları məqsədəuyğun hesab etmirəm.

Ümumiyyətlə, bu kimi məslələrdə din qəti göstərişlər vermir, məsələni insanların öz öhdəliyinə buraxır. İnsanlar da ağılları ilə düşünüb doğru-düzgün qərar versinlər. Dinimiz ümumi olaraq deyir ki, insanlar çalışsınlar barmaqla göstəriləcək bir hərəkət etməsinlər ki, kimlərəsə özlərini güldürməsinlər. Bu cür qaydalardan çıxış edərək, insanlar müəyyənləşdirməlidirlər ki, hansı addımı atmaq olar, hansını yox".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 485 09.09.19 23:08