Gün ərzində ən azı 45 dəqiqə-1 saat gəzinti vacibdir » Median.Az News Agency


Gün ərzində ən azı 45 dəqiqə-1 saat gəzinti vacibdir
Gənclərin böyük əksəriyyəti idmana zaman ayırsa da onlar arasında ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı az deyil. İdman dedikdə ağlımıza hansısa qapalı idman zalı gəlir. Əslində isə bu, heç də sağlam üsul deyil. Daha yaxşı olardı ki, insanlar açıq havada qaçmağa, müxtəlif idman hərəkətləri etməyə üstünlük versinlər.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri ürək-damar cərrahı Anar Əmrah deyib.

Cərrahın sözlərinə görə, gün ərzində ən azı 45 dəqiqə-1 saat gəzinti vacibdir: "Həmişə vurğulayırıq ki, sürətli qaçmaq lazım deyil. Çünki yarış tərzinə bənzəyən idman növləri stress əmələ gətirir. Mütəxəssislər ona görə də bunu tövsiyə etmirlər. Yaxşı olardı ki, insanlar hər gün təmiz havada gəzsin, bir-biri ilə söhbət etsinlər".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          449 09.09.19 22:57