Balıq alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO - FOTO » Median.Az News Agency


Balıq alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO - FOTO
D vitamini ilə zəngin balığın mövsümü artıq başlayır. Bəs, balıq alarkən nəyə diqqət etmək lazımdır?

Median.Az
ARB TV-yə istinadən xəbər verir ki, mövsümün başlaması ilə əlaqədar piştaxtaları hazırda kütüm, kilkə, forel, xanı, sazan, sudak, ferj kimi balıqlar bəzəyir. Keçən illə müqayisədə balığın qiymətində böyük fərq yoxdur. Qiymətlər balığın növünə görə dəyişir.

Hüseyn Vəliyev - Satıcı: "Bu xanı balığıdır, qiyməti 5 manatdır, sazan balığı var 7 manatdır. 5-7 manat hər qiymətə var. Qiyməti münasibdir. Balıqlar Mingəçevirdən Nefçalafadan, Xəzərdən gətirilir".

Satıcılar deyirlər ki, məşhur Keşlə bazarında satdığımız balıqlar həm göldən, həm də dənizdən tutulur. Alıcılar qiymət ucuzluğuna görə daha çox göl balıqlarına üstünlük verirlər. Burada balıqların saxlanma şəraiti də alıcıları qane edir.

Hacıyev Faiq - Satıcı: "Suvarırıq, qoymuyuruq qurusun. Soyuducuya yığırıq. Daha sonra yerdəyişmə edirik ki, sərinlənsin. İki saatdan sonra sata bildiyimizi satılır. Axşama qədər satırıq saxlamırıq".

Daha çox hansı balıqlara tələbat var?

Səfər Əliyev - Satıcı: "Ucuzluğuna görə, biləmur, xanı kimi balıqlara üstünlük verilir. Bunlar təbii deyil, göllərdə yetişdirilir".

Balığın sağlamlığa faydalı olduğunu deyən alıcıların ən çox müraciət etdiyi növ kütümdür. Səbəb isə dadı ilə yanaşı bu növün qiymətinin aşağı olmasıdır.

Balıq alarkən ən çox nəyə diqqət edirsiniz?

Alıcı: "Xarici görkəminə. Təbii ki, büdcəmə də baxıram".

Alıcı: "Hal-hazırda kütümlə maraqlanıram. Bu günki qiymətlər bahadır".

Alıcı: "Mütəmadi olaraq bura gəlirəm. İstədiyim növ balıq alıram. Düzdür, qiymətlər bir balaca yüksəkdir, amma balıqlar təzə olduğu üçün bu məbləği verməyə dəyər. Şadam ki, paytaxtda bu cür təzə balıqların satıldığı bazar var".

Bəli, balıq dadlıdır, ləzzətdir, sağlamlığa xeyirlidir. Amma düzgün seçilmədikdə əksi baş verə bilir.

Mütəxəssislər deyir ki, balıq alarkən diqqət olunmalı məqamlar var: dərisinin səthi təmiz, sərt və parlaq olmalı, dərisi isə ətinə möhkəm yapışmalıdır. Köhnə balıq əti daha çox yumşaq təbəqəyə malik olur.

İradə Hüseynli - AQTA-nın əməkdaşı: "Balığı şaqüli vəziyyətdə saxlayaraq onun təzəliyini və yaxud köhnə olduğunu müəyyənləşdirmək olur. Belə ki təzə balıq şaquli vəziyyətdə saxlayarkən quyruğu dik olur. Köhnə balıqda isə belə deyil. Təzə balığın pulcuqları tökülmür. Köhnədə isə tökülür. Qəlsəmələrin rəngi açıq rəngdə olmaldır".

Bu dadlı nemətin ağzımızın dadını qaçırmaması üçün lazım olan tək şey diqqətli olmaqdır.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          561 09.09.19 20:37