Tanınmış musiqiçi cütlük Röya Miriyeva və Rizvan Əliyev Azərbaycanı tərk edib.
Median.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rizvan Əliyev sosial şəbəkədə məlumat verib. Nişanlı olan cütlük San-Dieqo ştatında yaşamağa qərar verib.
Qeyd edək ki, Röya-Rizvan cütlüyü səyahət etməyi xoşlayır. Onlar səyahətləri ərzində hər şəhərin mərkəzi küçələrində mahnı ifa edərək milli və retro mahnıların təbliği ilə məşğul olurlar
Səyyah müğənnilər çəkdiyi videonu sosial şəbəkələrdə paylaşaraq həmin ölkə haqqında xatirələrini daha yaddaqalan edirlər.