Ağstafa rayonunda ağlr yol qəzası qeydə alınıb.
Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata əsasən, rayonun Dağ Kəsəmən kəndində baş verən hadisədə bir nəfər ölüb.
Belə ki, "Niva" markalı avtomobillə "Mercedes" markalı minik maşının toqquşması nəticəsində "Niva"markalı avtomobilin sürücü 1989-cu il təvəllüdlü Elvin Rasim oğlu Heydərov hadisə yerində keçinib. Qəzada xəsarət alan digər şəxslərin kimliyi isə dəqiqləşdirilir.
Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.