Gəncədə məhbus qarnına biz soxub.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında cəza çəkən məhbus, Göygöl rayon sakini 1992 ci il təvəllüdlü Dursunov Sahib Elşən oğlu qarnına biz soxaraq özünə xəsarət yetirib.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.