İtkin düşən Xaçmaz sakini Qubada tapildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

İtkin düşən Xaçmaz sakini Qubada tapildi

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz rayon sakini 25 yaşlı Cavid Səbzəliyev sentyabr ayının 8-də yaşadığı evdən velosiped sürmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb. Gəncin gecə saatlarında evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Xaçmaz Rayon Polis Şöbəsinə müraciət ediblər. Polis şöbəsi tərəfindən itkin düşən oğlanın yaxın rayonlara getməsi ehtimalı nəzərə alınaraq onun tez bir zamanda tapılması üçün ətraf rayonlarında yerləşən rayon polis şöbələrinə bu barədə məlumat verilib.

Gecə saatlarında Quba Rayon Polis Şöbəsinə C.Səbzəliyevin itməsi barədə daxil olan məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş axtarış tədbirləri nəticəsində polis əməkdaşları gecə saat 03:30 radələrində itkin düşmüş hesab olunan şəxsin rayonun Qırmızı qəsəbə ərazisində olduğunu müəyyən ediblər. Oğlanın ailəsi ilə əlaqə saxlanılaraq, RPŞ-yə dəvət olunublar və C.Səbzəliyev ailəsinə təhvil verilib.

Gəncin valideynləri övladlarının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və gecə saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər.//milli.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 250 09.09.19 19:25