“Bu, polisə qarşı təxribatdır” - Bakı polisindən məscid AÇIQLAMASI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

“Bu, polisə qarşı təxribatdır” - Bakı polisindən məscid AÇIQLAMASI

"Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən "Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev azxeber.com-a açıqlamasında bildirib.

O deyib ki, iddialar polisə qarşı təxribatdır, orada plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olması barədə söylənilənlər həqiqətə uyğun deyil:

"Bu qərəzli məlumatı yayanlar nəzərə alsınlar ki, polis bu xalqın övladlarıdır, vətən uğrunda canı fəda edən şəhidlərimizin xatirəsi bizim üçün də əzizdir, müqəddəsdir”.

Qeyd edək ki, mediada Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının Şağan qəsəbəsində fəaliyyət göstərən "Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan və divara vurulan plakatları sökməyi əmr etməsi iddia olunur. Bu iddia ilə Kərbəla faciəsi ilə bağlı əzadarlığa toplaşan dindarlar çıxış edib. Onların dediyinə görə, Xəzər Rayon Polis İdarəsi bu addımı "yuxarıdan gələn göstəriş”lə əsaslandırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 091 09.09.19 18:39